Şrift:
Ermənistan prezidentliyinə sabiq namizəd həbs edilib
07.03.2013 [13:25] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan prezidentliyinə sabiq namizəd Vardan Sedrakyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib. Bu barədə Ermənistan KİV xəbər yayıb.

Xəbərə əsasən, məhkəmə ehtiyat tədbiri kimi Milli Təhlükəsizlik Xidmətinin Sedrakyanın həbsi haqqında xahişini təmin edib.

Daha əvvəl digər namizəd Paruyr Hayrikyana qarşı sui-qəsddə təqsirləndirilən iki şəxsin Sedrakyanın sifarişi ilə işləməsi barədə məlumat yayılmışdı. Sedrakyan bu sui-qəsddə öz iştirakını təkzib edərək seçkilərdən sonra həbs ediləcəyini istisna etməyib.

Ermənistanın hüquq-mühafizə orqanları bu məlumatı şərh etməyib.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed