Şrift:
Milli Qəhrəman övladları ödənişsiz ali təhsil ala biləcəklər
09.03.2013 [16:02] - Xəbərlər, Gündəm, Sosial
Milli Qəhrəman statusu almış şəxslərin övladlarının təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi gözlənilir
Azərbaycanda Milli Qəhrəman övladlarının ödənişsiz ali təhsil alması gözlənilir. Milli Məclisdən davam.az saytına verilən məlumata görə, bununla bağlı təhsil haqqında bir sıra hüquqi sənədlərə dəyişikliklər olunması nəzərdə tutulur. Bundan başqa, hazırlanması gözlənilən “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində də bununla bağlı müddəa var.

Milli Qəhrəman statusu almış şəxslərin övladları istənilən ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olduqları təqdirdə, onların təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi gözlənilir. “Milli Qəhrəmanlar haqqında” qanun layihəsində əlavə statuslar da nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə ümumilikdə 211 Milli Qəhrəman var. Milli qəhrəmanlara, yaxud onların ailəsinə dövlət tərəfindən 600 manat müavinət verilir.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed