Şrift:
Türkiyədən İrana nüvə məmulatları aparanlar tutulub
11.03.2013 [10:44] - Xəbərlər, Gündəm
Hindistan və Almaniyadan aldıqları nüvə məmulatlarını İstanbulda 5 firma vasitəsi ilə İranın Ərak rayonundakı nüvə müəssisəsinə qaçaqyolla ötürmək istəyərkən Türkiyə və Almaniyada eyni vaxtda əməliyyat keçirilib.

Habertürk-ün yaydığı məlumatına görə, Gömrük Mühafizə Müdürlüyü tərəfindən İstanbulun 7 ayrı-ayrı iş mərkəzlərində aparılan əməliyyat zamanı İran əsilli Türkiyə vətəndaşı saxlanılıb. Şirkətlərin əmlakı müsadirə edilib.

Atatürk hava limanında keçirilən əməliyyat zamanı nüvə materialları ötürən qrupunu aparıcı fiquru, İran əsilli Türkiyə vətəndaşı Hüseyn T. saxlanılıb. Hər iki şübhəli həbsxanaya göndərilib. Almaniyadakı əməliyyat nəticəsində 5 iranlı tutulub.



Mənbənin bildirdiyinə əsasən, 2010 – 2012-ci illərdə onlar Hindistandan 800, Almaniyadan isə 100 səfər nüvə maddələrini İstanbulda qurduqları firmalar vasitəsi ilə İrana ötürüb.

Almaniya Federal məhkəməsi həmin materialların nüvə xarakterli olduğunu təsdiqləyib.



Gömrük Mühafizə Müdürlüyü İstanbulun 5 rayonunun – Bakırköy, Fateh, Üsküdar, Ümraniyyə və Sancaqtəpənin 7 iş mərkəzində eyni vaxtda əməliyyat keçirib.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed