Şrift:
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyə yüksələcək
11.03.2013 [12:03] - Gündəm, Bildiriş
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 22 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 11-də Bakı və Abşeron yarımadasında hava əsasən, yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim çənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 13-17, bəzi yerlərdə 19 dərəcəyə kimi isti olacaq.
Martın 12-13-də Bakı və Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Azərbaycanın rayonlarında martın 12-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim çənub küləyi arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaği gözlənilir.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed