Şrift:
Suriya hakimiyyəti müxalifətlə danışıqlar üçün nümayəndə heyətini müəyyənləşdirib
15.03.2013 [09:18] - Xəbərlər, Hərb
Suriyanın baş naziri Vael əl-Halki, baş nazirin birinci müavini Kadri Camil və daha üç nazir hakimiyyəti müxalifətlə aparıla biləcək danışıqlarda təmsil edəcək nümayəndə heyətinə daxil ediliblər. RİA Novostinin verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Paris və Vaşinqton Suriya müxalifətinin danışıqlar aparmaq üçün masa arxasına əyləşmək istədikləri nümayəndələrin müəyyənləşdirilməsi üçün Moskva ilə məsləhətləşmələr aparır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Londonda deyib ki, yaxın zamanlarda Suriya müxalifəti danışıqlar aparmaq üçün nümayəndə heyətini müəyyənləşdirəcək.
Xatırladaq ki, Suriyanın baş nazirinin birinci müavini Kadri Camil ötən ilin dekabr ayında Moskvaya səfərə gəlib. Hələ o zaman, Kadri Camil bildirmişdi ki, onlar hakimiyyətlə dialoqun qurulmasına razı olan müxalifətçilərlə danışıqlara hazırdırlar.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed