Şrift:
G-20 sammiti sona çatıb
05.11.2011 [10:35] - Gündəm
Fransanın Kann şəhərində dünya liderlərinin iştirak etdiyi G-20 sammiti sona çatıb.

Sammitin nəticələrinə əsasən yayılan məlumatda Türkiyənin 2015-ci ildə bu quruma sədrlik edəcəyi, yəni 2015-ci ildə G-20 iclasının Türkiyədə keçiriləcəyi bildirilir.

Məlumata görə, G-20-nin iclaslarına 2012-də Meksika, 2013-də Rusiya, 2014-də isə Avstraliya ev sahibliyi edəcək.

Türkiyənin ev sahibliyindən sonra G-20-də sədrlik sistemi dəyişəcək.

Yeni qəbul edilmiş qərara görə, 2015-də sonra sədrlik bölgə qruplarının içərisindən seçiləcək. İlk olaraq Asiya qrupunu təşkil edən Çin, İndoneziya, Yaponiya və Cənubi Koreyanın arasından bir ölkə seçilməlidir.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed