Şrift:
Bakcell yeni Klass tarif paketini təqdim etdi
16.03.2013 [10:28] - Sosial
Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et" məhsul fəlsəfəsi ilə özünün "Klass" subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edib. Təqdimat mərasimində çıxış edən "Bakcell" şirkətinin baş marketinq direktoru Aynur Abjanova qeyd edib ki, şirkət yeni "Klass" tariflərini mobil rabitənin bütün imkanlarından istifadə edib daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaradıb: "Yeni "Klass" ilə siz dəqiqə və ya 1 meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan yeni "Klass" tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın - danışın, SMS yazın və internetdən istifadə edin".
Qeyd edək ki, yeni portfel aylıq danışıq, mesajlaşma və mobil internet ehtiyaclarından asılı olaraq müxtəlif qrup abunəçilər üçün nəzərdə tutulmuş 3 tarif planından ibarətdir: Klass L, Klass XL, və Klass XXL. Klass L tarif paketinin istifadəçiləri ayda sadəcə 5 AZN ödəyib 100 ölkədaxili dəqiqə, 100 ölkədaxili SMS və 100 MB internet trafikindən faydalanacaqlar. Klass XL abunəçiləri ayda cəmi 10 AZN ödəyib 250 ölkədaxili dəqiqə, 250 ölkədaxili SMS və 250 MB internet trafiki əldə edəcəklər. Klass XXL abunəçiləri isə ayda cəmi 25 AZN ödəyib 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki əldə edəcəklər.
Aynur Abjanovanın sözlərinə görə, yeni Klass tariflərini mobil rabitənin bütün imkanlarından istifadə etməklə daim ünsiyyətdə qalan, rahatlıq və keyfiyyəti sevən insanlar üçün yaradılıb: “ Yeni Klass ilə siz dəqiqə və ya bir meqabaytın qiyməti və yaxud nömrənizin balansı barədə artıq düşünməyəcəksiniz. Sadəcə, ehtiyaclarınıza uyğun olan Yeni Klass tarifini seçin və telefonunuzun bütün imkanlarından yararlanın – danışın, SMS yazın və İnternetdən istifadə edin”.
Bakcell abunəçisi olmayanlar, sadəcə Bakcell-in istənilən diler mağazasına getməklə, Yeni Klass nömrəsini əldə edərək və tələblərini tam olaraq qarşılayan tarifə qoşula bilərlər: “Əgər Siz CİN abunəçisisinizsə, sadə bir USSD kodunu yığıb Yeni Klass tariflərinin birinə qoşula bilərsiniz: Klass L üçün star205hashcall , Klass XL üçün star215hashcall , Klass XXL üçün star230hashcall”.
“Cin" abunəçiləri USSD kodunu yeni "Klass" tariflərinin birinə qoşula bilər. "Klass L" üçün *205#YES, "Klass XL" üçün *215#YES, "Klass XXL" üçün isə *230#YES kodu yığılmalıdır.
"Klass" abunəçiləri yeni tarifə keçmək üçün "Bakcell" Xidmət Mərkəzinə gəlib pulsuz yeni SİM-kart əldə edə bilər. Yeni "Klass" tarifinə keçmək istəməyən "Klass" abunəçiləri cari tarifdən istifadə etməkdə davam edə bilər.
Məlumat üçün qeyd edək ki, yeni Klass 13 mart 2013-cü il tarixindən etibarən təklif olunur.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed