Şrift:
Dövlət Baytarlıq Xidməti Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
16.03.2013 [15:36] - Sağlıq
Bu gündən etibarən Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti (DBX) Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında bildirib ki, bu gündən etibarən həm Bakıda, həm regionlarda təşkil olunacaq yarmarkalarda xidmətin səyyar ekspertiza laboratoriyaları fəaliyyət göstərir. Onun sözlərinə görə, bütün ət və ət məhsullarının sənədləri laboratoriyalarda yoxlanıldıqdan sonra satışa çıxarılacaq: “Bununla da bayram öncəsi ölkənin bazarlarında satılan ət və ət məhsullarına nəzarət gücləndiriləcək. Bayramdan sonra isə DBX-nin baytarlıq ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək. Bütün bunlar bayram günlərində əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsinə xidmət edir”.
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed