Şrift:
Ermənilərin Törətdiyi Xocalı Soyqırımı və Güney Azərbaycan’daki Qətliamlara Ayid Filmin 1.ci Hissəsi Yayınlandı
18.03.2013 [10:30] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Ermənilərin Törətdiyi Xocalı Soyqırımı və Güney Azərbaycan’daki Qətliamlara Ayid Filmin 1.ci Hissəsi Yayınlandı
Erməni terror güvvələrinin törətdiyi Xocalı Soyqırımı və Güney Azərbaycan’daki qətliamlara ayid filmin 1.ci hissəsi, 7 İsfənd – 25 Fevral Xocalı Soyqırımı’nın ildönümü münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) Nəşr Komitəsi tərəfindən Yayınlandı. CD üzərinə yazılan bu film Dirəniş Hücrələri tərəfindən Güney Azərbaycan şəhərləri özəlliklə Qaradağ və Kəleybər bölgəsində geniş səviyyədə dağıdılıbdır.
Filmin 1.ci hissəsində Urmu və Salmas’da Türklərin əleyhində törədilən soyqırımların canlı şahidi olan qoca kişi və qadınlarla danışıqlar aparılıb, Azərbaycan’ın silahsız əhalisinin topluca qətl edildiyi yerlərin görüntüləri verilibdir. Bu danışıqlar və görüntülər çağdaş Azərbaycan tarixi üçün önəmli sənədlər sayılır.
1.ci hissənin sonunda Rıza Bəy Talibi’nin Amerika Səsi ilə reportajına və AMDT işçi Komitəsinin sədri Taymaz Bəy Urmulu’nun sözlərinə yer verilibdir.
Filmin 2.ci hissəsi gələcəkdə yayınlanacaqdır.

Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) Nəşr Komitəsi
15/03/2013
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed