Şrift:
ABŞ-ın Tennessi ştatı Xocalı qətliamını tanıdı
19.03.2013 [11:02] - Xəbərlər, Diaspor
ABŞ-ın Tennessi ştatı parlamentinin Nümayəndələr Palatasında Xocalı qətnaməsi qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi cinayətin qurbanları anılır, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu bildirilir.

Qətnamə martın 18-də 92 konqresmenin səsi ilə keçib.

Tennessi ştatından əvvəl Massaçusets, Texas, Meyn, Nyu-Cersi, Corciya, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed