Şrift:
İstanbulda möhtəşəm Novruz şənliyi təşkil edilib
19.03.2013 [11:59] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
İstanbul Türkiyə Azərbaycan Dərnəyi Maltepe Saylan Kültür Mərkəzində möhtəşəm Novruz şənliyi təşkil edib.

600 nəfərlik Türkan Saylan Kültür Mərkəzində yer tapa bilməyən bəzi qonaqlar pilləkənlərdə oturaraq proqramı izləyiblər. Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə başlayan proqramda Çanaqqala şəhidləri də unudulmayıb. Dərnəyin gənclər təşkilatının hazırladığı "Canaqqala keçilməz" adlı tamaşa izləyiciləri duyğulandırıb. Çox sayda yerli sənətçinin öz çıxışı ilə rəng qatdığı proqramda Azərbaycanın tanınmış müğənnisi Brillant Dadaşova da iştirak edib. Novruz tədbirləri çərçivəsində zalda simvolik ocaq qalanıb, yumurta döyüşdürülüb, səməni gəzdirilib, üzərlik yandırılıb.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed