Şrift:
Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşib
19.03.2013 [12:47] - Gündəm, Siyasət
Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilmişdir.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Prezidentinin Rusiyanın həmsərhəd olan MDB iştirakçı dövlətləri ilə dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, Xəzərdə əməkdaşlıq, o cümlədən təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məqamlar müzakirə edilmişdir. Eyni zamanda mövqelərin yaxınlaşdırılması üçün məsələlər araşdırılmış, aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Xəzər məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanmış və belə danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.
Хəbəri XİN mətbuat xidməti yayıb.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed