Şrift:
Azərbaycanda yazın gəlişi günündə əsl yaz havası olacaq
19.03.2013 [13:08] - Xəbərlər, Bildiriş
Sabah Azərbaycanda hava nisbətən mülayim olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed