Şrift:
Böyük Britaniya XİN rəhbəri Novruzu "İran xalqının" bayramı sayır...
20.03.2013 [11:12] - Gündəm, Güney Azərbaycan-Təbriz
Böyük Britaniyanın XİN rəhbəri İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Xeyq İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və gələn il İran İslam Respublikası ilə pozitiv münasibətlərin qurulacağına tərəfdar olduğunu ifadə edib. APA-nın Britaniya hökumətinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, Uilyam Xeyq təbrik nitqində dünya iranlarına və Novruz bayramını qeyd edən bütün insanlara təbriklərini və ən xoş arzularını çatdırıb. Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri gələn il iki ölkə arasındakı münasibətlərdə olan problemlərin həll olacağına arzu etdiyini bildirib.

“Mən ürəkdən arzu edirəm ki üzümüzə gələn 1392-ci il hamı üçün faydalı olacaq”, deyə Uilyam Xeyq təbrik nitqində qeyd edib.

DAVAM.AZ: İngilis siyasəti - təhlükə.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed