Şrift:
Cəbhədə nələr baş verir?
27.03.2013 [14:52] - Gündəm, Hərb
Eldar Sabiroğlu: "Hər iki tərəfdən də itkilər olur"



"Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində vəziyyətə tam nəzarət edir. Düşmənin qarşısını layiqincə alır və bundan sonra da belə davam edəcək. Buna heç kimin şübhəsi olmasın".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan müharibə şəraitindədir: “Düşmən demək olar ki, hər gün atəşkəs rejimini pozur. Elə nöqtələr var ki, orada atışmalar və gərginlik müəyyən qədər uzun çəkir. Bunun nəticəsində də hər iki tərəfdən də itkilər olur.

Dünən və srağagün, yəni martın 25-də və 26-da cəbhənin bir neçə istiqamətində atəşkəs rejiminin pozulması intensiv xarakter daşıyıb. Azərbaycan Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin həmlələrinin qarşısını alıb. Hər iki tərəf itkilər verib. Düşmən itki verərək geri çəkilib. Erməni tərəfinin itkiləri barədə dəqiq məlumat olmasa da, onların olduğu dəqiqdir. Bunu ermənilərin əlahiddə hücum əməliyyatı kimi də qiymətləndirmək düzgün olmazdı. Ancaq uzun müddətə, bir neçə saat davam edən atışmalar və gərginliklər baş verib ki, bunun da nəticəsində itkilər olub”.
Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed