Şrift:
Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb
28.03.2013 [09:37] - Gündəm, Hadisə
Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb. RBK-nin verdiyi məlumata görə, bundan öncə bir nəfərin ölməsi və 19 nəfərin yaralanması haqqında xəbər yayılmışdı.
Tayvanın fövqəladə hallar komissiyasının nümayəndələrinin sözlərinə görə, yaralananların çoxu müxtəlif əşyaların üzərilərinə düşməsi nəticəsində olub.
Bildirilir ki, bir nəfər ağır vəziyyətdədir. Zəlzələnin qurbanı isə 72 yaşlı qadın olub.
Xatırladaq ki, bu regionda 1999-cu ildə baş vermiş 7.6 ballıq zəlzələ zamanı 2300 nəfər həlak olmuşdu.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed