Şrift:
Ötən il İranın Avropa ölkələri arasında ən böyük ticarət ortaqları İtaliya, Almaniya və Yunanıstan olub
28.03.2013 [12:24] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İtaliya 2012-ci ildə İranla Avropa Birliyi (AB) ölkələri arasında ticarət həcminə görə Tehranın ən böyük ticarət ortağı olub.


Bu barədə Avropa Komissiyasının xəbər saytı olan “Eurostat” öz hesabatında bildirib. Belə ki, İranla İtaliya arasında 2012-ci ildə reallaşan ticarət həcmi 3,65 mlrd. avro təşkil edib.



Siyahıda ikinci yerdə olan Almaniya 2,84 mlrd. avroluq ticarət həcmi ilə İranın AB ölkələri arasında ikinci böyük ticarət ortağı olub. Hesabatda 2011-ci ildə İranla ticarət quran AB ölkələri arasında ilk üçlükdə yer almayan Yunanıstan 2012-ci ildə İspaniya və Fransanın Tehranla ticarət həcminin azalması nəticəsində üçüncü yerdə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed