Şrift:
31 Mart - Dünyanın müxtəlif ölkələrində anılacaq
29.03.2013 [13:45] - Gündəm, Afişa
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ,Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsi Azərbaycandan əlavə dünyanın bir çox ölkələrində də anılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Rusiya, Ukrayna, Belarus və Moldovoda ermənilər tərəfindən qətlə yetirilən on minlərlə insanın ruhu müxtəlif tədbirlərlə yad ediləcək.

Martın 30-da Moskvanın “Xudojestvennıy” kinoteatrında tarixçi-ekspertlər, diplomatlar, alimlər, hüquqşünaslar, jurnalistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Xoca” filminin nümayişi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda xatirə gecəsi təşkil ediləcək.

Soyqırımı qurbanları Ukraynanın paytaxtı Kiyevdə, Odessa, Dnepropetrovsk, Nikolayevdə, Belarusun paytaxtı Minskdə və Moldova müxtəlif tədbirlərlə yad ediləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed