Şrift:
Azərbaycanda havanın temperaturu 25 dərəcəyə kimi yüksələcək
30.03.2013 [11:05] - Gündəm, Bildiriş
Sabahdan başlayaraq, Azərbaycanda havanın temperaturu tədricən yüksəlməyə başlayacaq, aprelin 1-də isə respublikanın bəzi yerlərində temperatur 25 dərəcəyə kimi yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən verilən məlumata görə, martın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 8-13 m/san olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.
Aprelin 1-də isə hava əsasən, yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.
Mərkəzi Aran rayonlarında hava əsasən, yağmursuz olacaq. Havanın temperaturu gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.
Yuxarı Qarabağda havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyə kimi isti olacağı gözlənilir.
Azərbaycanın cənub rayonlarında gecə 5-9 dərəcə isti, gündüz 15-20 dərəcə isdti olacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed