Şrift:
Təbriz klubundan daha bir qələbə
30.03.2013 [21:49] - Gündəm, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traktorsazi” futbol klubu İran çempionatında növbəti qələbəsini qazanıb. 31-ci tur çərçivəsində komanda səfərdə keçirdiyi oyunda “Damaş”ı 2:1 hesabı ilə məğlub edib. Çempionatda Cənubi Azərbaycanı təmsil edən yeganə komanda olan “Traktorsazi”nin qollarını birinci hissədə Məsud İbrahimzadə və Seyid Məhəmməd Salehi vurub. Bu qələbədən sonra Təbriz təmsilçisi xallarının sayını 58-ə yüksəldib və lider “İstiqlal”la xal fərqini 2-yə endirib.

Qeyd edək ki, “Traktorsazi” rəqiblərinə nisbətən bir oyun çox keçirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed