Şrift:
31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT
31.03.2013 [20:45] - Xəbərlər, Gənclik, MDH
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının gəncləri Nicat Cəmilzadə və Coşqun Dadaşovun rəhbərliyi ilə 31-mart Ümummilli Matəm Günündə Quba rayonundakı məzarlığı ziyarət ediblər.
Məzarlığa MDHP rəbərliyi adından əklil qoyulub və dualar oxunub.
Məzarlıqla tanışlıq zamanı gənclərə bildirilib ki,31 mart- soyqırımının törədildiyi əsas mərkəzlərdən biri də, Quba qəzası olub.2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi məzarlıq aşkar edilmişdir Bu məzarlıqda tapılan sümüklərin erməni bolşeviklərinin  1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.Ən dəhşətli hal isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılması və kəllə sümüklərinin küt alətlərlə dəlik deşik edilməsidir. Bu da onu göstərir ki,yerli sakinlər xüsusi qəddarlıqla qətlə yetirilmişdi. 
Erməni vəhşiliyinin sübutu olan bu tarixi abidənin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu bildirən MDHP-li gənclər həmin tarixi dövrdə Quba qəzasında 16 mindən çox insanın, 200-dən  çox evin yandırılaraq erməni vandalizminin qurbanı olduğunu qeyd ediblər.

 Ziyarətdən sonra MDHP gəncləri Quba gəncləri ilə və məktəb müəllimləri ilə görüşürək bu tarixi faciə anılarını bölüşüblər.
Belə ki, 1918-ci ildə Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.

1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra bu matəm günü yenidən qed olunmağa başladı

FOTOLENT:

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT

31 Mart - Ümummilli Matəm Günündə MDHP gəncləri Quba toplu məzarlığını ziyarət ediblər./ FOTOLENT


MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 1842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed