Şrift:
İran Azərbaycana etiraz notası verib
01.04.2013 [10:10] - Gündəm, Güney Azərbaycan-Təbriz
İran televizyasının rəsmi xəbər saytı "iribnews" xəbər verir ki, dünən axşam Azərbaycanın Tehrandakı səfiri Cavansir Axundov İranın Xarici İşlər Nazirliyinə çağrılıb və bir neçə gün öncə Bakıda İrana zidd tədbirin keçirilməsi ilə bağlı Azərbaycana etiraz notası verib.
İranın XİN müavini Abbas Arakçi Azərbaycan hökümətinin İrana qarşı belə bir zidd tədbirin keçirilməsinin qarşısını almamasına görə etiraz etdiklərini bildirib.
Arakçi deyib ki, Tehran-Bakı əlaqələri iki xalqın bir-birinə bağlılığı yolu ilə davam etdirilir. Bu cür hərəkətlər iki ölkə arasında əlaqələrin inkişafına mənfi təsir göstərə bilər.
Arakçi İrana zidd tədbirin Bakıda keçirilməsinin səbəbini tez bir zamanda İran tərəfinə izah etməsini istəyib.
Qeyd edək ki, şənbə günü Bakı şəhərində yerləşən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi təşkilatçılığı ilə "Çağdaş Güney Azərbaycanın sabahı" adlı geniş konfrans keçirilib.

Tədbirdə Güney Azərbaycan mövzusu müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed