Şrift:
Dövlət Departamenti: ABŞ üçün İranda insan haqları nüvə problemi qədər əhəmiyyətlidir
01.04.2013 [10:24] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
ABŞ üçün İranda insan haqlarının pozulması nüvə problemi qədər əhəmiyyətlidir. Bunu ABŞ Dövlət Departamentinin İran üzrə rəsmi nümayəndəsi Alan Eyr onlayn mətbuat konfransında deyib.
Eyrin sözlərinə görə, "5+1" qrupu və İran arasında danışıqlar nüvə problemi üzərində cəmləşib. Lakin ABŞ BMT-nin İnsan Haqları Şurası kimi beynəlxalq təşkilatlarla İran vətəndaşlarının hüquqlarından sui-istifadə edilməsinə qarşı tədbirlər görməklə digər məsələləri də diqqətlə nəzərdən keçirir.
Diplomat qeyd edib ki, heç bir ölkə öz xalqının azadlığından qorxmamalıdır.
"Nəyə görə İran əhalinin informasiyaya azad çıxışını məhdudlaşdırmaq üçün elektron pərdə yaradıb? ABŞ İran xalqının sərbəst şəkildə informasiya əldə etməsi üçün bir neçə layihə həyata keçirir", - Eyr bildirib.
O, İranda insan haqları sahəsində sui-istifadənin təkcə dini azlıqlarla bağlı deyil, həmçinin öz doğma dilləri fars olmayan etnik qruplara yayılmasına görə ABŞ-ın narahatlığını vurğulayıb.
Eyrin sözlərinə görə, Vaşinqton İran vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün İranda insan haqları üzrə illik məruzə buraxmaqla BMT və hüquq müdafiəsi təşkilatları ilə fəal əməkdaşlıq edir.
"ABŞ, həmçinin insan haqlarını pozan bəzi İran məmurları və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib", - Eyr əlavə edib.
Onlayn sessiyada bir neçə jurnalistlə iştirak edən Alan Eyr İran haqqında, ölkənin nüvə proqramı və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed