Şrift:
Yaponiya İrandan neft idxalını 32 faiz azaldıb
01.04.2013 [11:52] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
Yaponiyanın Ticarət Nazirliyi martın 29-da bəyanat yayaraq İrandan neft idxalını azaltdığını açıqlayıb.

Bəyanatda deyilir ki, Yaponiya hökuməti 2012-ci illə müqayisədə İrandan neft idxalını 32 faiz azaldıb və bu azalma davam edəcək.

Yaponiya İrandan neft idxalını azaltmasını Qərbin İrana qarşı sanksiyaları və bu sanksiyalardan doğan məhdudiyyətlərlə əlaqələndirib.

Qərbin Tehrana qoyduğu sanksiyalar nəticəsində İranın son bir ildə xarici ölkələrə ixrac etdiyi neftin miqdarı 50 faiz azalıb. Nəticədə İranın neft gəlirləri aya 5 milyard dollar olmaqla azalıb.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed