Şrift:
Güclü qar Lerikin 70 yaşayış məntəqəsini işıqsız qoyub
08.11.2011 [09:34] - Köşə yazarları
Azərbaycanın cənub bölgəsində noyabrın 6-dan hökm sürən qeyri-sabit hava şəraiti bu gün səhər saatlarından daha da pisləşib.

Şimal küləyi ilə müşayiət olunan yağışlar qara keçərək yerli əhalini problemlərlə üz-üzə qoyub. Ən çox qar dağlıq Lerik rayonuna yağıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov qarın qalınlığının rayon mərkəzində 35, ucqar ərazilərdə isə 50-60 sm təşkil etdiyini, elektrik dirəklərinin aşması, naqillərin qırılması səbəbindən hazırda 70-dən çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yarandığını bildirib: “Problemin tezliklə həll olunması üçün artıq qəza briqadaları işə başlayıb. Hava şəraiti imkan versə, enerji verilişində yaranmış problemlər axşama kimi aradan qaldırılacaq”.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed