Şrift:
Nardaranda aksiya başladı
01.04.2013 [15:13] - Gündəm, Hadisə
Hazırda Nardaranda ilahiyyatçı Tale Bağırzadənin həbsinə etiraz olaraq aksiya keçirilir.

Artıq aksiya başlayıb. Aksiyada ilahiyyatçının azadlığa çıxması tələb olunur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi həbs olunan ilahiyyatçı Taleh Bağırov və onun sürücü barəsində məlumat yayıb.

DİN-in saytına istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Xatırladaq ki, Tale Bağırzadə 1984-cü ildə Bakıda doğulub.

Azərbaycan İqtisad Universitetini bitirib.

İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Onun məscidlərin birində xütbələrinin videogörüntüsü Youtube-da da yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed