Şrift:
Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
01.04.2013 [16:02] - Gündəm, Bildiriş
XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı məlumat verir ki, nazirliyin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələri çıxış edəcək, aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən fraqmentlər göstəriləcək.
Tədbir 2013-cü il aprelin 2-də, saat 19:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 886 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed