Şrift:
Suriya türkmənlərinin Şurası yaradıldı
02.04.2013 [10:49] - Gündəm, Siyasət
39 nəfərdən ibarət Məclisin fəxri rəhbəri Muhammed Şandır bildirib ki, Şura türkmənlərin həyatında yeni başlanğıc olacaq: "Türkmənlər Suriyada üzərinə düşən fədakarlığı etdilər".
Şandır türkmənlərin Ankarada bir araya gəldiyi vaxtda Əsəd rejiminin Suriya xalqına, xüsusilə də, türkmənlərə təzyiqləri davam etdirdiyini qeyd edib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Türkmən Şurası Suriya Milli Şurası, Suriya Müxalif İnqilabçı Milli Güclər Koalisiyası və Türkiyə hökumətindən tam dəstək alıb.
Türkmən Şurasının toplantısına baş nazir Rəcəb Tayyip Ərdoğan, xarici işlər naziri Ahmet Davutoğlu, Suriya Dövlət Məclisi rəhbəri George Sabra və Suriya Müxalif İnqilabçı Güclər Milli Koalisiyasının üzvləri qatılıb.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed