Şrift:
MDHP sədri Fərəc Quliyev Bakı Dövlət Universiteti üzrə səlahiyyətli nümayəndəsini təyin etdi.
03.04.2013 [21:45] - Xəbərlər, Gənclik, MDH
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev Bakı Dövlət Universitetinə MDHP-nin səlahiyyətli nümayəndəsini təyin etdi.

Azərbaycan gənclərinin milli ruhda formalaşması və müstəqil dövlətçiliyin qorunması məqsədi ilə həm yüksək təhsilli və həm də dünyamızdakı siyasi proseslərin axışını analiz edə bilən gənclər lazımdır. Torpağının 20%-dən çoxu işğal olunmuş məmləkətimizin ağıllı,döyüşkən və millətini sevən gənclərə ehtiyacı var. Ona görə də Milli Dirçəliş Hərəkatı Partiyası gənclərlə işin qurulması istiqamətində fəaliyyətini addım-adım önə aparır.

Mehman Həsənov - Bakı Dövlət Universitetində MDHP-nin səlahiyyətli nümayəndəsi təyin edildi.

MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed