Şrift:
Ailələrin dağılmasının səbəbi - sonsuzluq
04.04.2013 [10:43] - Gündəm, Sosial, DAVAMın yazıları
Rəsmi statistika da qeyd olunur ki, son bir il ərzində ölkədə sonsuzluq səbəbindən 11 min ailə dağılıb, onların 7 mini sonsuzluq problemi yaşayıb. Sonsuzluq səbəbindən dağılan ailələrin getdikcə artması narahatlıq doğurur. Milli Məclisin sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, ölkədə il ərzində təxminən 75-80 min ailə qurulur ki, onlardan 11-12 mini sonsuzluq səbəbindən ayrılıb. Bu rəqəm ölkə üzrə 13-14 faiz təşkil etsə də ildən-ilə belə ailələlərin sayı artmaqdadır. Bu isə narahatlıq doğurmaya bilməz: "Vətəndaşların əksəriyyəti sonsuzluq ucbatından ailəsini dağıdır. Bu düz deyil. Dağılan hər bir ailə üçün biz narahat oluruq".
Musa Quliyevin sözlərinə görə, Avropa ölkələrində aiələlərin əsas dağılma səbəbi kimi psixoloji gərginlik, sosial problemlər göstərilsədə ölkəmisdə qurulan ailələrin əksəriyyəti uşaq olmaması səbəbindən dağılır. Belə halların baş verməsinə əsas səbəb əksər vətəndaşların xüsusi ilə kənd yerlərində olan insanların nigaha girərkən müvafiq konsultasiyalardan kecməməsi və ya bigənalik göstərməsidir: "Avropa ölkələrində ailələrin dağılma səbəbi müxtəlifdir. Bizdə isə əsas sonsuzluqdur. Bunun qarşısını qismən də olsa müayinədən vaxtlı-vaxtında keçməklə almaq olar".
Psixoloqların fikrincə, son dövrlər dağılan ailələrin əksəriyyətinin səbəbi sonsuzluqdur. Onların sözlərinə görə bu işdə kişilərin kompleksə düşməsi və əksər kişilərin tibbi müayinəndən çəkinməsi sonsuzluq kimi problemlərin yaranmasına gətirib çıxarır. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, əksəriyyəti fikirləşir ki, mən kişiyəm hər şeyi bacarıram və məndə problem ola bilməz: "Ona görə getmirlər. Bu da son nəticədə sonsuzluğa gətirib çıxarır. Nəticədə ailələr dağılır".
Həkimlər isə hesab edir ki,erkən yaş dövrlərində hər bir gənc müayinədən keçməlidir. Nigahdan əvvəl və sonrakı mərhələdə isə hər iki cütlük vaxtaşırı tibbi müayinələrə cəlb olunmalıdır. Bu isə öz növbəsində yarana biləcək xəstəliklərin vaxtında aşkarlanması və gələcəkdə bu cür problemlərlərin qarşısının alnması deməkdir.
Həkim-ginekoloq Pərvanə Mustafayeva qeyd etdi ki, müayinədə hər iki cütlük iştirak etməlidir:
"Onlar əgər qarşılarına məqsəd qoyublarsa övlada sahib olmaq onda onlar heç nədən çəkinməməlidir". Bugün sonsuzluq problemi yaşayan ailələrin bəziləri övlad sahibi olmaq ücün süni mayalanma üsuluna üstünlük verirlər.Mütəxəsislər isə bu cür üsulla doğulan uşaqların əksəriyyətində görmə eşitmə və digər xəstəliklərin yaranma riskinin böyük olduğunu deyir.

DAVAM.AZ. Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed