Şrift:
Liftlər yenilənəcək
04.04.2013 [10:51] - Gündəm, Sosial
Ölkə başçısı lift təsərrüfatının inkişafı vəsait ayırdı

Son illərdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, o cümlədən binaların böyük əksəriyyətinin dam örtüklərinin dəyişdirilməsi, içməli su, kanalizasiya və istilik sistemlərinin, lift təsərrüfatının yenidən qurulması sahəsində ciddi addımlar atılıb.
Bununla belə çoxmənzilli binalarının lift təsərrüfatının mövcud vəziyyəti bu sahədə həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsini tələb edir.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Bakı Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “1. Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed