Şrift:
Meteohəssas insanlara xoş xəbər
04.04.2013 [13:33] - Gündəm, Bildiriş
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var, şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.
Departamentdən bildiriblər ki, aprel ayının 5-dən 8-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed