Şrift:
MDHP gənclərinin Almaniyanın Azərbaycandakı səfiri ilə görüşü
04.04.2013 [22:55] - Xəbərlər, Gənclik
Alman mədəniyyəti və tarixi Avropa kontekstində

Azərbaycan Avropa Hərəkatı "Almaniya ayı" çərçivəsində Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüş təşkil edib. Görüşə MDHP gəncləri Leyla Cahangirova və Coşqun Dadaşov dəvət alıb. Tədbir Almaniya Mədəniyyət Mərkəzində - Kopellhaus-da keçirilib. Tədbiri Azərbaycan Avropa Hərəkatının rəhbəri açıq elan edib.
Tədbirin birinci hissəsində Almaniya səfiri "Alman mədəniyyəti və onun Avropanın inkişaf tarixində rolu" mövzusunda məruzəsi ilə çıxış etdi. Herbert Kvelle məruzəsini keçmişə-yəni antik dövr, orta əsrlər, yeni dövr, ən yeni dövr və Almaniya 1949-cu ildən sonra tarixlərinə nəzər salmaqla başladı. Daha sonra səfir iştirakçıların suallarını cavablandırdı. Qeyd edək ki, iştirakçıların sərbəst sual verməsi üçün tədbirdə media iştirak etmirdi. MDHP gəncləri səfirə iqtisadi və siyasi yöndə suallarını verdilər. Tədbirin ikinci hissəsi Alman operası konserti ilə davam etdi.

MDHP gənclərinin Almaniyanın Azərbaycandakı səfiri ilə görüşü



MDHP Mətbuat Xidməti.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed