Şrift:
Nicat Cəmilzadə: - Qadın və Cinayət
04.04.2013 [23:20] - Sosial, DAVAMın yazıları
Hələ o zamanlardan dahilər deyib ki, dünyanı qadınlar xilas edəcək. Düzdür, hər sahədə işgüzar xanımlar getdikcə artır. Ancaq... Qadın kəlməsini cinayət sözü ilə birgə çəkilməsini adam ağlına belə gətirmək istəmir. Türk əxlaqında qadına olan münasibətlə tanış olmaq üçün təkcə "Kitabi-Dədə Qorqud" dastanından boyları oxumaq yetərlidir. Belə ki, Türk dünyagörüşündə qadın həmişə namus sayılmışdır, bu gün də belədir.Qadın bir-ANA...Bir övladin tərbiyələnməsində böyük rolu olan,nəslin yaşadıcısıdır...Ama sistastikalarımız onu göstərir ki, artıq qadınlarda cinayətə əl atırlar.İstər işgüzar, savadlı qadınlar, istərsə də savadı olmayan qadınlar.Biri rüşvət alır qanunsuz işlərlə məşğul olur, digəriləri onlara qarşı törədilən zorakılıqların qurbanına çevrilir ya da ki, oğurluq.cibgirlik və.s bu kimi işlərlə məşğul olur. Bugün özünü Azərbaycan qadının sinvolu kimi göstərməyə çalışan Gülər Əhmədova kimi qadınlar əslində Azərbaycan qadın adına bir ləkə vurmuş olurlar.Sima olaraq görüntülənən bu, kimi xanımlar vəzifələrindən suistifadə edərək, Azərbaycan dövlətçiliyinə xələl gətirirlər. Bir millət vəkilindən gözləmədiyimizi görürüksə, demək digərləri nə edəcək bəlli deyil...

Azərbaycan qadın məhbusların sayına görə Avropa ölkələri arasında sonuncu yerlərdən birini tutsada əslində bu siyahıya bi türk dövlətinin adı düşməməlidir..Düzüdür məhkəmələr zərif cinsin nümayəndələrinin yüngülləşdirici hallarını nəzərə alır və qadınları daha yüngül cəzalara məhkum edir. Amma buna baxmayaraq, Azərbaycanda insan alverinə, eyni zamanda narkotik vasitələrə görə tutulanların əksəri qadınlardır. Cinayətin növləri olsada, baxmayaraq ki, hansı növü törətmisən sonuc olaraq bir ad verilir...Sən, cinayətkarsan!

Nicat Cəmilzadə
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed