Şrift:
Siyavuş Novruzov İranı topa tutdu
05.04.2013 [11:59] - Gündəm, Siyasət
"Nardaranda keçirilən aksiyanı İran təşkil edir. Bütün bunların hamısı eyni yerdən, yəni İrandan idarə olunur".
Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin millət vəkili Siyavuş Novruzov aprelin 1-də Nardaranda təşkil olunmuş aksiyaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Nardaranda aksiya təşkil olunanda İrandan da Azərbaycan əleyhinə bəyanatlar gəlir:
"Bütün bunlar təsadüfi ola bilməz. Bu, bir daha göstərir ki, Naradaran aksiyasının İranla əlaqəsi var".
İranıın ali dini liderinin nümayəndəsi Hüseyn Şəriətmədarinin Azərbaycan ilə bağlı yazdıqlarını da şərh edən S.Novruzov bildirib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz hüquqlarını tələb etməsi və digər bu kimi addımları İranı Azərbaycana qarşı bəyanatlar verməyə vadar edir:
"İranda mövcud olan seçki sistemi xalqın ürəyincə deyil. ABŞ (Amerika Birləşmiş Ştatları) və bir sıra Avropa dövlətləri İranda yaşayan azərbaycanlıların hüquqularının pozulmasının əleyhinə bəyanatlar verirlər. Təbii ki, bütün bunlar da İranı çox narahat edir. Bu baxımdan da İranın Azərbaycan əleyhinə bəyanatlar verməsi başa düşüləndir".
S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və ölkədə birləşmə ilə bağlı heç bir seçkidən söhbət gedə bilməz:
"Axı Azərbaycanda nə referendum keçirilə bilər? İranıın dini lideri nümayəndəsinin söylədiyi fikirlər qeyri-ciddi və sərsəm bəyanatlardır. İndi müstəqil Azərbaycan dövləti mövcuddur. Hətta, Güney Azərbaycanın Azərbaycana birləşdirilməsi məsələsi gələcəyin işidir".
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed