Şrift:
Spiker: Azərbaycanda dayanacaqlarla bağlı xüsusi qanun qəbul edilməlidir
05.04.2013 [14:36] - Xəbərlər, Sosial
Spiker Oqtay Əsədov avtomobillərin yol polisi tərəfindən küçələrdən xəbərdar edilmədən aparılmasına münasibət bildirib.
O qeyd edib ki, Bakıda dayanacaqların sayı azdır. Lakin son zamanlar Bakıda dayanacaqlar tikilir, hündürmərtəbəli dayanacaqların yaradılması nəzərdə tutulur.
Əsədov deyib ki, əhali dayanacaqlarla təmin etdikdən sonra dayanacaqlarla bağlı xüsusi qanun qəbul edilməlidir.
O, eyni zamanda avtomobillərin şəhərdə tıxaca səbəb olmaması üçün tək və cüt dövlət nömrə nişanlı olan maşınların yollarda ayrı-ayrı günlərdə hərəkət edə bilməsi ilə bağlı səslənən təklifə münasibət bildirərək deyib ki, bu öz effektini verməyəcək.
"Bu bir çox şəhərlərdə tətbiq olunub, lakin lazımı effektini verməyib", - o deyib.
Spiker telefonla danışan sürücülərə qarşı bir il öncə cəzaların sərtləşdirildiyini bildirərək deyib ki, cəza 7 dəfə artırılsa da, bu nəticə verməyib.
O hesab edir ki, Yol Polisi qanunun tələblərinə əməl edilməsini yoxlamaq üçün mütəmadi olaraq reydlər keçirməlidir.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed