Şrift:
BMT ABŞ-dan Quantanamo bazasını bağlamağa cağırıb
06.04.2013 [10:04] - Gündəm, Hüquq
ABŞ parlamentinin bütün qanadları beynəlxalq hüquq normalarının pozulduğu Quantanamodakı həbsxananı bağlamaq üçün səylərini birləşdirməlidirlər. Bu barədə BMT-nin İnsan haqları üzrə ali komissarı Navi Pillay bəyan edib.

Pillay bildirib ki, məhbusların bu yaxınlarda keçirdikləri aclıq aksiyası onların son həddə çatdırıldığını göstərir. Quantanamodakı 160 məhbusun bəziləri orada 10 ildən artıqdır ki, cəza çəkirlər.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-ın Kubadakı bazasında Əfqanıstanda ələ keçirilmiş əsirlərdən ötrü həbsxana yaradılıb. Rəsmi olaraq bu həbsxana Birləşmiş həbs qrupu adlanır.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed