Şrift:
Erməni tələbələr tətilə başlayır
06.04.2013 [11:51] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ümumerməni Gənclər Hərəkatının nümayəndələri 9 aprel tarixində "Saxtalaşdırılan seçkilərin nəticələrinə görə "qələbə qazanan" namizəd prezident elan oluna bilməz" şüarı ilə tələbə tətili keçirmək niyyətindədir.

Bu barədə Ermənistan kütləvi informasiya vasitələri istinadən məlumat verir. Tələbələr aprel ayının 9-da, saat 09:00-da Yerevan Dövlət Universitetinin əsas binasının qarşısında yığışaraq, yürüşü "Azadlıq" meydanında yekunlaşdırmaq niyyətindədirlər. "Xatırladaq ki, tələbə aksiyası - hər bir tələbənin haqqıdır və qanunla qadağan olunmur. Əgər tələbələrə hər hansı təzyiq, xəbərdarlıq və təhdidlər edilirsə, xahiş edirik, bizə müraciət edəsiniz. Bizim hüquqşünaslar sizin hüquqlarınızı qoruyacaq", - hərəkatın bəyanatında deyilir.
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed