Şrift:
ABŞ 1979-cu ildən İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzatdı
08.11.2011 [16:39] - Köşə yazarları
ABŞ Prezidenti Barak Obama İrana qarşı İslam İnqilabının qalib gəldiyi vaxtdan, 1979-cu ildən tətbiq edilən sanksiyalara dair sənədin müddətini uzadıb. Xəbəri RİA "Novosti" agentliyi yayıb.

"Bizim İranla münasibətlərimiz normal məcrasına qayıtmayıb və 1981-ci il razılaşmasının yerinə yetirilməsi prosesi hələ başa çatmayıb. Bu səbəbdən də hesab edirəm ki, İrana qarşı sanksiyalara dair sənədin müddətini 2011-ci il noyabrın 14-dən sonra da uzatmaq lazımdır", - ABŞ Prezidenti Barak Obamanın Konqresə göndərdiyi məktubda deyilir.

Məktubun mətnini bazar ertəsi Ağ evin mətbuat xidməti yayıb.

Obamanın qərarı texniki xarakter daşıyır. ABŞ Prezidenti hər il bu sənədin müddətini uzadır. ABŞ İrana qarşı 1979-cu il noyabrın 14-dən bəri sanksiyalar tətbiq edir.

Sanksiyaların tətbiqinə və diplomatik münasibətlərin tam pozulmasına səbəb faktiki olaraq İslam İnqilabı və 1979-cu il noyabrın 4-də ABŞ səfirliyi əməkdaşlarının girov götürülməsidir.

1981-ci il yanvarın 19-da Əlcəzair hökumətinin vasitəçiliyi ilə ABŞ ilə İran arasında "Əlcəzair sazişi" adlanan sənəd də imzalanıb. Saziş hələ də İran silahlılarının girov saxladığı amerikalılarla bağlı böhranın aradan qaldırılmasını, həmçinin, ABŞ və İranın münasibətlərinin nizama salınması üçün bəzi əsas prinsipləri nəzərdə tuturdu.

Eləcə də ABŞ İranın daxili işlərinə müdaxilə etməyəcəyini, dondurulmuş bank hesablarını açacağını, İran isə ABŞ-a xarici borclarını ödəyəcəyini vəd etmişdi. Vaşinqton hesab edir ki, Tehran bu sazişə əməl etmir, habelə dünyanı təhlükə qarşısında qoyan nüvə proqramı hazırlayır.

ABŞ-ın sanksiyaları ilə yanaşı, İrana münasibətdə beynəlxalq sanksiyalar da qüvvədədir.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed