Şrift:
MDHP və Ata Bloku Seçki öncəsi anlaşma imzaladı
10.04.2013 [14:31] - Xəbərlər, Siyasi partiyalar
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası və iyirmi iki partiyadan formalaşmış Ata bloku razılaşma əldə etdi.Anlaşmada aşağıdakı müddəalar ətrafında razılığa gəlindi:
1. Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması;
2. Ölkədə barışa söykənən sabitliyin əldə olunması;
3. Qarşıdurma və toqquşmalarındansa, parlamentdə və kürsülərdə fikir dartışmalarının daha səmərəli olacağını düşünərək mübarizənin və fəaliyyətin sivil formada aparılması;
4. Prezident seçkiləri dönəmində seçki öncəsi mühitin demokratikləşməsi;
5. Seçkilərin demokratik, şəffaf keçirilməsi ,seçkilərin müşahidəsinin birgə təşkili;
6. Seçici fəallığının təmin olunması, bu seçkilərdə prezidentliyə namizədin verilməsində, birgə müzakirələrin təşkili;
7.Fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ata blokunun sədri Çingiz Dəmiroğlu yuxarıda göstərilən müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü qeyd etdilər.

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed