Şrift:
“Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsinin icrasına başlanıldı
10.04.2013 [17:43] - Gündəm, Sosial
“Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi regionlarda yaşayan əhalinin həssas təbəqələrinin (əlillər, işsiz gənclər, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr, cəzaçəkmə yerlərindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslər, təhsildən kənarda qalmış qadınlar, ahıllar, sosial müdafiəyə ehtiyacı olan şəxslər və s.) sosial hüquq və həmin hüquqların həyata keçirilməsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə maarifləndirilməsi, hüquqi biliklərinin artırılması nəticəsində onların hüquq mədəniyyəti səviyyəsinin yüksəldilməsi, regionlarda sosial hüquqların reallaşdırılması ilə bağlı mövcud problemlərin öyrənilərək ümumiləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilməsindən ibarətdir. Layihə çərcivəsində sosial qanunvericiliyi özündə əhatə edən normativ-hüquqi aktlar CD formasında hazırlanaraq regionlarda əhalinin həssas qruplarına və QHT-ə paylanılacaq. Sosial hüquqların monitorinqi məqsədi ilə regionlarda əhalinin həssas təbəqələri arasında sosioloji sorğu keçirələcək. İctimai müzakirələrin və sosioloji sorğunun nəticələrinin təhlili və ümumiləşdirilməsi əsasında “Regionlarda yaşayan insanların sosial hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdrilməsinə dair tövsiyyələr” hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcək. Layihə 4 ay müddətində 3 rayonda – Qazax rayonun Yuxarı Salahlı və Daş Salahlı, Tovuz rayonun Əhmədabad və Şamlıq və Gədəbəy rayonunun Slavyanka və Nəriman kəndlərində həyata keçiriləcək. Layihə üzrə koordinator hüquq elmləri doktoru, professor Mayis Əliyev, layihənin hüquqşünas Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov, layihənin köməkçi isə sosioloq Ülvi Əliyev müəyyən edilmişdir. Layihə ilə bağlı son tədbir isə Bakı şəhərində dövlət qurumlarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masanın keçirilməsi və sosial qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yekun təkliflərin dövlət orqanlarına təqdim edilməsilə yekunlaşdırılacaq.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed