Şrift:
Ermənilərin başına 12 milyon pul qoyduğu azərbaycanlı qəhrəmanın səhhəti kəskin pisləşib
11.04.2013 [12:53] - Gündəm, Hadisə
İbad Hüseynovun vəziyyəti müharibədə aldığı ağır kəllə-beyin travması nəticəsində ağırlaşıb



Bu gün “Azərbaycan bayrağı" ordenli keçmiş döyüşçü və kəşfiyatçı, Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovun müharibədə aldığı ağır kəllə-beyin travması nəticəsində vəziyyəti kəskin şəkildə ağırlaşıb.Onu təcili olaraq Türkiyəyə xəstəxanaya aparıblar.

Müharibədə aldığı zədədən sonra vaxtaşırı müayinə olunan qəhrəmanın vəziyyəti ağır kritik olaraq göstərilir.

Onu da qeyd edək ki, İbad Hüseynovun vəziyyəti bir neçə gündür ki, gərgindir.

Allah qəhrəmanımıza şəfa versin!

Xatırladaq ki, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur. Azərbaycanın “Rembo”su kimi tanınan İ. Hüseynovun başını gətirəcək şəxs üçün Ermənistanda 12 milyon pul ayrılıb.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed