Şrift:
Azərbaycanda süni qiymət qaldıranlar 6 ilədək həbs olunacaq
11.04.2013 [13:44] - Gündəm, İqtisadiyyat
Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişiklik oluna bilər


Azərbaycanda bazarlarda süni surətdə qiyməti qaldıranlarla və inhisarçılığa yol verənlərlə bağlı cəzaların ciddi sərtləşdirilməsi gözlənilir.

Milli Məclisdən davam.az saytına verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 199-cu maddəsinə dəyişikliklər müzakirəyə çıxarıla bilər.

Layihəyə əsasən, inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 1000 manatdan 5000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə gözlənilir. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası müəyyənləşəcək. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, maddənin hazırkı qüvvədə olan variantına görə inhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etməyə görə 100 manatdan 500 manata qədər cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed