Şrift:
Ermənistan ordusunun yüksək rütbəli zabiti rüşvət üstündə həbs edilib
09.11.2011 [14:48] - Köşə yazarları
Ermənistan Müdafiə Nazirliyinin podpolkovnik rütbəli zabiti rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

“Armenia today” xəbər saytının yaydığı xəbərə görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan açıqlayıb. O bildirib ki, gün ərzində hadisənin təfərrüatı barədə məlumat veriləcək.

D. Karapetyan insidentin hərbi hissələrin birində baş verdiyini söyləyib. Podpolkovnik əsgərlərdən birini daha yaxşı hərbi hissəyə göndərmək üçün onun valideynlərindən pul tələb edib.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed