Şrift:
Bakıda istirahət günü havanın temperaturu yüksələcək
12.04.2013 [12:43] - Gündəm, Bildiriş
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu nisbətən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü verilən məlumata görə, aprelin 12-dən 13-ə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qrəb küləyi saniyədə 10-13 metr sürəti ilə əsəcək. Gündüz küləyin sürəti arabir 16-23 metrədək güclənəcək. Gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, aprelin 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi saniyədə 9-14 metr sürətlə əsəcək. Küləyin sürəti arabir 16 metrədək güclənəcək. Gecə 6-9, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 13-də bəzi yerlərdə yağış yağacağı, aprelin 14-də səhər, bəzi yerlərdə isə gündüz kəsiləcəyi gözlənilir. Azərbaycanın rayonlarında gündüz havanın artıq yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 13-25 dərəcə isti olacağı gözlənilir. Temperatur bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed