Şrift:
"Mixaylo" dünyasını dəyişdi
12.04.2013 [12:51] - Xəbərlər, Bildiriş
Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Gürcüstanın Batumi şəhərində anadan olub.

1950-ci ildə Moskva Teatr Məktəbini bitirib.

Nodar Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır.

Şaşıqoğlu "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarında çəkilən bir sıra filmlərdə rol alıb. Ona məşhurluq qazandıran "Uzaq sahillərdə"(1958) filmində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazını yaratdıqdan sonra bir-birinin ardınca "Əsl dost"(1959), "Səhər" (1960), "Mateo Falkone"(1961), "Onun böyük ürəyi", "Bizim küçə" (1961), "Leyli və Məcnun" (1961), "Telefonçu qız" (1962) filmlərinə çəkilib.

Moskvada Y.Vaxtanqov adına Taqanka Teatrında, Leninqradda A.S.Puşkin adına Akademik Dram Teatrında aktyor işləyib. O, teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), Cilbert (V.Hüqo "Mariya Tüdor") və s. kimi unudulmaz obrazlar yaradıb.

2003-cü ildən N.Şaşiqoğlu S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazlarını parlaq ifa edib.

1983-cü ildə Azərbaycan SSR-in xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

DAVAM.AZ Allah rəhmət eləsin !
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed