Şrift:
Azərbaycan Silahlı Qüvvələri Türkiyə şirkətindən xüsusi hərbi çəkmələr alıb
09.11.2011 [14:52] - Hərb
Azərbaycan Silahlı Qüvvələri Türkiyənin «Yakupoğlu» şirkətindən xüsusi hərbi çəkmələr alıb.

Türkiyə KİV-inin verdiyi məlumata görə, bu yaxınlarda «Yakupoğlu» şirkəti Azərbaycana sərt şaxtalı ərazilərdə xidmət edən birliklər üçün hərbi çəkmələr satıb. Xüsusi texnologiyalar əsasında istehsal edilmiş çəkmələr əsgərlərin ayağını sərt şaxtalarda mühafizə edir, həmçinin su keçirmir.

Analoji çəkmələrdən Türkiyə Silahlı Qüvvələrinin dağlıq ərazilərdə xidmət edən hərbçilər də istifadə edirlər.

Qeyd edək ki, «Yakupoğlu» şirkəti hazırda bölgədə ən böyük hərbi çəkmə istehsalçısıdır. Hazırda şirkətin istehsal etdiyi çəkmələrdən Türkiyə, Azərbaycan, Gürcüstanla yanaşı, ərəb ölkələrinin və bir sıra Avropa dövlətlərinin ordularında istifadə olunur.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed