Şrift:
Venesulada Çavesin varisi prezident seçkilərində qalib gəlib
15.04.2013 [10:00] - Xəbərlər, Siyasət
Keçmiş dövlət başçısı Uqo Çaves tərəfindən varis elan olunan Nikolas Maduro ilkin hesablamalara görə,Venesuelada prezident seçkilərində qalib gəlir. Bu barədə bazar ertəsi "RİA Novosti" agentliyi xəbər yayıb.
Ölkənin Milli Seçki Şurasının ilkin məlumatlarına görə, seçkilərdə Maduro 50,66 faiz səs qazanıb.
Şuranın rəhbəri Tibisay Luçenanın bildirdiyinə görə, ilkin hesablamalara görə, müxalifətin namizədi Enrike Kapriles seçicilərin 49,07 faizinin etimadını qazanıb.
Seçkilərdə, ümumilikdə 18,8 milyon insan iştirak edib. Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra Nikolos Maduronun tərəfdarları paytaxt Karakasın küçələrinə çıxaraq öz namizədlərinin qələbəsini bayram edirlər.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed