Şrift:
Bu gündən Müdafiə Nazirliyinin hərbi liseylərinə sənəd qəbuluna başlanılır
15.04.2013 [11:42] - Gündəm, Mədəniyyət
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası bu gündən 2013/2014-cü tədris ili üzrə Müdafiə Nazirliyinin hərbi liseylərinə ümumi orta təhsil bazasında sənəd vermək istəyən abituriyentlər üçün sənəd qəbuluna başlayıb.
Komissiyadan bazar ertəsi verilən məlumata görə, sənəd qəbulu iyunun 25-də yekunlaşacaq. Hərbi liseylərə qəbul 2 mərhələdə aparılır. İlk mərhələdə namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçirilmə tarixi sənəd qəbulu vaxtı açıqlanacaq.
İkinci məhrələdə namizədlər TQDK tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. İmtahan Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənləri üzrə olacaq. Namizədlər hərbi liseylərə TQDK tərəfindən aparılan müsabiqə əsasında qəbul edilirlər.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed