Şrift:
ADP-nin seçkilərlə bağlı mövqeyi may ayında açıqlanacaq
15.04.2013 [12:35] - Gündəm, Siyasət
“Azərbaycan Demokrat Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirakı istisna deyil”. Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, ADP-nin prezident seçkilərində iştirakı ilə bağlı müxtəlif fikirlər olduğundan, bu barədə müzakirələr aparılır.

Onun sözlərinə görə, partiyanın mövqeyi müzakirələr başa çatdıqdan sonra, may ayında açıqlanacaq: “Bir halda ki, müxalifətin birliyi alınmırsa, biz öz namizədimizlə seçkilərə qatılmalıyıq. Digər halda isə Ümid Partiyası ilə vahid mövqedən çıxış edə bilərik. Hələ ki, bu barədə müzakirələr aparılır və konkret fikir yoxdur. Ona görə də biz bu məsələni may ayında, sonuncu dəfə müzakirə edərək qərar verəcəyik. Yəqin ki, may ayında ADP-nin seçki ilə bağlı mövqeyinə aydınlıq gətiriləcək”.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed